Bakıda ağac avtomobillərin üzərinə aşıb VİDEO


Digərləri 18 İyn 2018 22:40:00 216 0

Bakıda ağac avtomobillərin üzərinə aşıb  VİDEO

Bakıda yaşayış binalarının həyətində ağac aşaraq avtomobillərin üzərinə düşüb.

Son.az bildirir ki, hadisə bu gün günorta saatlarında 8-ci mikrorayonda, Heydər Hüseynov küçəsində baş verib.

Xoşbəxtlikdən ağac aşarkən həyətdə sakinlərdən heç kim olmayıb. Hadisə nəticəsində iki avtomobilə ziyan dəyib.

Ətrafda yaşayan sakinlər deyirlər ki, burdakı ağacların əksəriyyəti çoxdan çürüyüb. Lakin aidiyyati qurumlar ağacları kəsib ərazidən götürmür. Halbuki, bunun üçün onlara dəfələrlə müraciət olunub.

Sakinlər deyirlər ki, həyətdəki ağaclar əsl təhlükə mənbəyidir. Bununla belə, quru ağacların ərazidən nə vaxt götürüləcəyi bilinmir.

Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə rəisi Orxan Məmmədov deyir ki, ağacların sözügedən ərazidən götürülməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Yalnız yaşıllığın götürülməsi vərəqəsi alındıqdan sonra həmin ağaclar binaların həyətindən götürüləcək. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: