Göz qızartısı bu xəstəliklərin əlaməti ola bilər


Digərləri 18 İyn 2018 22:44:00 313 0

Göz qızartısı bu xəstəliklərin əlaməti ola bilər

Çoxlarına adi bir hal kimim görünsə də, əslində ciddiyə alınmalı bir problemdir. Çünki bu, hansısa ciddi bir xəstəliyin əlaməti də ola bilər. Son.az ailem.az-a istinadən anidən yaranan göz qızartılarının səbəbi ilə bağlı Türkiyənin göz xəstəlikləri üzrə mütəxəssis və cərrahı Hüseyn Sanisoğlunun fikrilərini diqqətinizə çatdırır.

Göz içi qızartıları göz damarlarının genişlənərək verdiyi reaksiya nəticəsində ortaya çıxır. Bu cür problemlər sadə bir dərman müalicəsi ilə aradan qalxa bilər. Adətən ciddiyə alınmayan və "bu gün keçər, sabah keçər" deyə ertələnən göz qızartısı çox zaman bəsit göz reaksiyaları səbəbi ilə yaransa da, bəzən keratit (kornea toxuması iltihabı), kongenital qlaukoma kimi önəmli göz problemlerinin əlaməti ola bilər. Zamanında müalicə edilməyən infeksiyalar isə gözün daxili qatlarına doğru yayıldıqda ciddi görmə itkisi yarada bilər. Qalıcı ola bilən bu problemlərin qarşısını almaq üçün erkən diaqnoz və müalicə həyati önəm daşıyır.

Göz xəstəlikləri ən çox qızartı, yanma, qaşınma, batma, şişlik, ağrı və bulanıq görmə kimi əlamətlərlə özünü göstərir. Bu simptomlar adətən infeksiya, ya da allergik səbəblərlə ortaya çıxır. Gözdəki ağrı qızartı ilə bərabər müşahidə edilirsə, diqqət etmək lazımdır.

Göz və göz ətrafındakı ağrıların altında fərqli səbəblər yata bilər. Uyğun olmayan eynəkdən istifadə, hipertəzyiq və sinusit kimi faktorlar göz ətrafı ağrıların səbəbləri arasında yer alır. Bu ağrılarla birlikdə göz qızartısı, ya da görmə bulanıqlığı kimi əlamətlər varsa, gecikmədən oftalmoloqa müraciət edin.

Yanma və batma hissi başqa xəstəliklərə işarə ola bilər

Gözlərdə yanma, ya da batma hiss edilirsə, bu, allergik xəstəliklərin, kontakt linzalarla əlaqəli problemlərin, göz quruluğunun və ya göz qapağı pozuqluqlarının xəbərçisi ola bilər. Göz qapağı şişkinliyi isə adətən infeksiya qaynaqlı göz xəstəliklərinin əlamətidir. Lakin bu şişliklər mütəmadi yaşanırsa, böyrək başda olmaqla müxtəlif orqanlardakı xəstəliyin səbəbi ola bilər.

Göz və göz qapağı qaşıntılarına diqqət!