Fermaları qarət edən və maşın qaçıranlar yaxalandı VİDEO


Kriminal 18 İyn 2018 22:04:00 267 0

Fermaları qarət edən və maşın qaçıranlar yaxalandı  VİDEO

Abşeron rayonu ərazisindəki fermalar qarət edilib.

Son.az bildirir ki, heyvanlarını yaylağa aparan bir neçə fermer rayon polis idarəsinə məlumat veriblər ki, fermaları sökülərək xeyli dəmir oğurlanıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis çox çəkməyib ki, Biləsuvar rayon sakini Qədir Məlikovu saxlayıb. Qədir Məlikov ifadəsində bildirb ki, fermadan sökərək oğurladığı dəmirləri özünə məxsus ''Qazel'' markalı avtomobillə paytaxtın Nərimanov rayonunda metal qəbulu məntəqəsinə 300 manata satıb.

Polis Qadir Məlikovu saxlayarkən onun avtomobilindən də xeyli sayda oğurluq dəmir qapı və xeyli boru aşkar edib. Hazırda onun başqa cinayətlərinin olub-olmaması araşdırılır.