Avtomobil piyadanı vurub


Digərləri 18 İyn 2018 21:50:00 214 0

Avtomobil piyadanı vurub

Şamaxıda avtomobil piyadanı vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Şamaxı-Göylə-Padarçöl avtomobil yolunda bas verib.

Məlumata görə, piyada ağır vəziyyətdə yolun kənarında aşkarlanıb və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstə komada olduğundan hadisənin hansı şəraitdə baş verdiyi dəqiq deyil. İlkin məlumata görə, yaralı Şamaxının Şəhriyar qəsəbə sakini, Nazim adlı şəxsdir.

Yaralı xəstəxananın cərrahiyə söbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.