Pul müqabilində qaz sayğaclarına müdaxilə edənlər ifşa edildi VİDEO


Kriminal 18 İyn 2018 21:45:00 260 0

Pul müqabilində qaz sayğaclarına müdaxilə edənlər ifşa edildi  VİDEO

Sərfiyyatı az göstərmək məqsədilə qaz sayğaclarına müdaxilə edən şəxslər ifşa edilib.

Son.az bildirir ki, Suraxanı rayon sakinləri Ramil Hüseynov və Bayram Sadıqovu paytaxtın Xəzər rayonu 1-ci polis şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında saxlayıblar.

Polis müəyyən edib ki, adı çəkilən şəxslər Xəzər rayon ərazisində vətəndaşlara məxsus qaz sayğaclarına pul müqabilində müdaxilə edərək, qaz sərfiyyatını az göstərməklə dövlətə külli miqdarda ziyan vurublar.

Qeyd edək ki, saxlanılanlardan Ramil Hüseynov vətəndaşlardan 40-50 manat pul alıb, sayğaca müdaxilə edirmiş.

Onlar ifadələrinə onu da bildiriblər ki, Bakının Xəzər, Yasamal və Binəqədi rayonlarında təxminən 20-ə yaxın sayğaca pul müqabilində müdaxilə ediblər.