Banan qabığının 9 İNANILMAZ XEYİRİ


Digərləri 18 İyn 2018 21:30:00 581 0

Banan qabığının 9 İNANILMAZ XEYİRİ

Araşdırmalar sübut edib ki, cəmi 2 banan insanı saat yarımlıq intensiv məşq üçün lazım olan enerjiylə təmin edir. Məhz buna görə də banan idmançılar arasında belə şöhrətə malikdir. Bundan başqa, bananda xoşbəxtlik hormonu adlandırılan endofrin var. Ancaq çoxumuz elə bilirik ki, bananın ləti faydalı deyil. Son.az bildirir ki, bu məqaləni oxuyandan sonra daha heç vaxt bananın qabığını atmayacaqsınız. Beləliklə, bir banan qabığı ilə nələr etmək olar...

1. Suyun təmizlənməsi üçün ondan istifadə etmək olar. Banan qabığı insan orqanizmi üçün faydalı olmayan qurğuşun və misi udur. O, əla təbii filtrdir. Banan qabığını sadəcə suyun içində bir müddət saxlayın.

2. Otaq bitkiləri üçün banan qabığı əvəzsiz gübrədir. Adi suda cəmi bir sutka saxlayıb, dibçək güllərinizi sulayın.

3. Banan qabığı mükəmməl gümüş ağardır! Onu blenderlə az su qatıb əzin. Bu məcunla qaşıq və çəngəlləri sürtün, gümüşlərin necə ağardığını görəcəksiniz.

4. Banan qabığı təbii yağ və fermentlər ehtiva edir, yanıqları, sancmaları, sıyrıqlar və cızıqları xeyli yüngülləşdirməyə, həmçinin yaraların sağalmasına kömək edir. Zədələnmiş yerə qabığın iç tərəfini qoymaq kifayətdir. Ziyili də çıxarmaq üçün tövsiyə olunur. Ziyilin üzərinə tamamilə itənə qədər banan qabığı qoyun.

5. Banan qabığı psoriaz və bu kimi xəstəliklərin simptomlarını yüngülləşdirmək üçün faydalıdır. Bu halda banan qabığını zədələnmiş sahələrə sürtün. Çox tezliklə ağrıların çəkildiyi hiss olunacaq. Həmin üsulla civzələrlə mübarizə aparmaq olar. Qeyd edək ki, ümumilikdə banan qabığı dərini yaxşı qidalandırır və nəmləndirir, belə ki, bir çox qadınlar cavanlaşmaq üçün ondan istifadə edirlər.