Əgər başınız belə ağrıyırsa...


Digərləri 18 İyn 2018 20:59:00 311 0

Əgər başınız belə ağrıyırsa...

Baş ağrıları hər birimizi vaxtaşırı narahat edir. Lakin bilmək vacibdir ki, baş ağrıları müxtəlif cür olur və fərqli səbəblərdən dolayı yaranır. Bəs adi yorğunluq ilə orqanizmin həyəcanlı siqnalını necə fərqləndirmək olar?

Son.az təhlükəli xəstəliyin ilk əlamətləri olan baş ağrıları ilə adi baş ağrılarının fərqlərini təqdim edir:

1. Gicgah və ya təpədə qəfil və sürətlə güclənən ağrılar

Bu ağrı çox qorxuludur, çünki o, birdən peyda olur və çox tez güclənir. Sanki yuxarıdan başımıza nə isə tökülür. Bu baş ağrıları yarananda dərhal həkimə müraciət etmək vacibdir. Belə ağrı insan həyatı üçün təhlükəli olan bir çox problemlərin göstəricisi halına gələ bilər.

2. Zədədən sonra ağrılar

Əgər siz başınızdan zədə almısınızsa, vaxtaşırı həkim nəzarətinə getməyi unutmayın. Çox vaxt başdan zədələnmə izsiz keçmir və zaman keçdikcə tez-tez baş ağrıları şəklində ortaya çıxır.

3. Səhər baş ağrıları

Əgər siz yuxudan dəhşətli baş ağrıları ilə oyanırsınızsa, bu, o deməkdir ki, dərhal həkimə müraciət etməlisiniz. Nevrologiya elminə əsasən belə ağrı səhhətdə ciddi problemlərin olmasının əlamətidir. Bu, yüksək təzyiq və hətta baş beyin şişlərinin əlaməti ola bilər.

4. Göz və ya gözətrafında ağrılar (klaster ağrısı)