Moskvada taksinin vurduğu piyadalar arasında iki nəfər Azərbaycan vətəndaşı var


Digərləri 18 İyn 2018 20:04:00 300 0

Moskvada taksinin vurduğu piyadalar arasında iki nəfər Azərbaycan vətəndaşı var

İyunun 16-sı Moskva şəhərində taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki nəfər Azərbaycan Respublikasının vətəndaşı xəsarət almışdır.

Son.az bildirir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə verilən xəbərə əsasən, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişiylə soydaşlarımızın yerləşdiyi tibb müəssəsi ilə əlaqə saxlanılmışdır. Verilən məlumata görə, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılmışdırlar.