İpək parça necə yuyulmalıdır?


Digərləri 18 İyn 2018 19:54:00 591 0

İpək parça necə yuyulmalıdır?

İpək parça həm həssas, həm də qiymətli bir parça olduğu üçün paltaryuyan maşında digər paltarlarla birlikdə yuyulmamalıdır. Son.az ailem.az-a istinadən bununla bağlı faydalı məlumatı təqdim edir.

İpək parça necə yuyulmalıdır?

İpək parçalar əsla isti suda yuyulamamlı və kimyəvi tərkibli dərmanlarla təmasda olmamalıdır. Paltarların etiketindəki yuma təlimatlarına mütləq baxın. Evdə təmizləyəcəyiniz ipək paltarları soyuq suda yumaq lazımdır.

- Bir vannanı su ilə doldurun və içinə uşaq şampunu tökün.

- Paltarınızı bu suda yüngülcə ovalayaraq yuyun. Əgər çox ləkəlidirsə, bir az islağa qoyun.

- Durulayan zaman parçanın yumşalması üçün suya bir az saç kremi əlavə edin.

- İpək parçalı paltarınızı yuduqdan sonra əsla onu sıxıb qırışdırmayın. Bir dəsmalın üzərinə sərərək, artıq suyunu çəkin.