Saçınız tez ağarırsa, deməli...


Digərləri 18 İyn 2018 19:59:00 347 0

Saçınız tez ağarırsa, deməli...

Həkimlər hesab edirlər ki 25-30 yaşda saç ağarması normal hal deyil. Doğrudur, burada genetikanın, milli mənsubiyyətin də rolu var. Məsələn, neqroidlərin saçı avropoid və monqoloidlərə nisbətən 10 il gec ağarır.

Əgər saçlarınızın vaxtından kifayət qədər tez və sürətlə ağarmağa başlayırsa, bunun səbəbini araşdırmaqda fayda var. Son.az xəbər verir ki, vaxtından tez saç ağarmasının saçların aşağıdakı səbəbləri ola bilər.

Stress

Adətən stressdə olanda qana adrenalin dolur. Bu hormon melaninlə saçın zülal tərkibini sıradan çıxarır. Saçların follikulları kifatər qədər qidalanmadığı üçün də ağarmağa başlayır. Lakin bu durumda çox vaxt gənc orqanizm özünü bərpa edir.

Bədənin həddən çox zəifləyəndə

Bu problem çox vaxt yenicə ana olub, körpəsini əmizdirən analarda olur. Uşaq ananın bədənindəki vitaminləri, mikroelemektləri alır. Beləcə dırnaq və saç zəifləməyə başlayır. Bu halda da saç ağara bilər.