Uşaqlarınızı belə tərbiyə edin!


Digərləri 18 İyn 2018 19:49:00 353 0

Uşaqlarınızı belə tərbiyə edin!

Fransız yazıçısı Antuan Sent Ekzüperinin "Qala" romanı yəqin ki, onun ən güclü əsəridir. Yazıçı bu romanı tam bitirmədən dünyasını dəyişsə də, əsər kitab halında nəşr edilib. "Qala" əsərində xatirə xarakterli hekayələr, həyat, müharibə hətta uşaqların düzgün tərbiyəsinə aid maraqlı fikirlər var.

Son.az yazıçının uşaqların düzgün tərbiyəsi haqda dünyaya səs salan fikirlərini təqdim edir:

Sizin borcunuz balacalarda insanlığı öldürmək, qarışqa kimi əzmək deyil. Məni insanların məmnuniyyəti zərrə qədər maraqlandırmır, onların daxilindəki mərhəmət hissi narahat edir. Əsas qayğım insanların xoşbəxtliyidir.

Uşaqlarınızın önünə hazır formul qoymayın. Mövcud problemin təsvirini, rəsmlərini izah edin ki, çıxış yolunu özü tapa bilsin.

Onları ölü faktlarlarla yükləməyin. Yeni macəraları birgə yaşamağı öyrədin.

Mənimsəyə bilmədiklərinə görə alçaltmayın. Çətinliklədə büdrəməyən insan kifayət qədər böyük məsafə qət edə bilməz.