Azərbaycanda ildırım çobanları vurub
Digərləri 18 İyn 2018 19:25:00 289 0
Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.
Son.az report.az-a istinadən bildirir ki, hadisə Dübrar yaylağında baş verib.
İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Mənbə: milli.az