Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatıb


Digərləri 18 İyn 2018 19:22:00 313 0

Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatıb

Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyada keçirilən aksiyalarda xəsarət alanların sayı 17-ə çatıb.

Bakı. Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyada keçirilən aksiyalarda xəsarət alanların sayı 17-ə çatıb. Trend-in məlumatına görə, 26 aksiya iştirakçısı saxlanılıb. Ölkənin daxili işlər nazirliyinin yaydığı məlumata görə, parlament binası qarşısında keçirilən etirazlarda toqquşmalar zamanı 7 polis əməkdaşı xəsarət alıb.