İsrailin sabiq naziri İran lehinə casusluğa görə həbs olunub


Dünya 18 İyn 2018 19:15:00 367 0

İsrailin sabiq naziri İran lehinə casusluğa görə həbs olunub

İsrail Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq şübhəsilə həbs olunub.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında deyilir.

Qeyd edək ki, iyunun 15-də Qüds Rayon Prokurorluğunda müharibə dövründə düşmənə yardım göstərmək, İsrailə qarşı casusluq və kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi yolu ilə cinayət törətməkdə şübhəli bilinən keçmiş nazirə qarşı iddia qaldırılıb.