Xudat sakinindən narkotik götürülüb (FOTO)


Digərləri 18 İyn 2018 17:59:00 311 0

Xudat sakinindən narkotik götürülüb (FOTO)

Əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin satışında şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin satışında şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, iyunun 16-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayev saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman 0,165 qram heroin aşkar edilərək götürülüb.