Shakhtar-dan növbəti transfer


İdman 18 İyn 2018 18:00:00 246 0

Shakhtar-dan növbəti transfer

Shakhtar heyətini daha bir futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Donetsk klubu 31 yaşlı Junior Moraeşlə anlaşıb. Braziliyalı futbolçu 2 illik müqaviləyə imza atıb. Son olaraq Kiyev Dinamo-sunun şərəfini qoruyan Moraeş Shakhtar-a azad agent kimi keçib. O, Metallurg, Tianjin Quanjan, CSKA Sofia və Gloria klublarının da şərəfini qoruyub. Junior Moraeş bu yay Shahktar-un 3-cü transferi olub. Daha öncə Maykon de Andrade, Fernando Pedro və Aleksey Şevçenkonun keçidi rəsmiləşdirilmişdi.