“Audi” şirkətinin rəhbəri həbs olundu


Dünya 18 İyn 2018 17:45:00 281 0

“Audi” şirkətinin rəhbəri həbs olundu

Almaniyada dizel qalmaqalı ilə əlaqədar "Audi" avtokonserninin rəhbəri Rupert Ştadler saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə "Süddautsche Zeitung" məlumat yayıb.

Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu "dələduzluq" maddəsi ilə Ştadlerə qarşı cinayət işi açmışdı. Onun mənzilində axtarış aparılıb.