MBNP: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır


İqtisadiyyat 18 İyn 2018 17:04:01 312 0

MBNP: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır

Palata Bankdan 100 mln. manatın çıxarılması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a bildirib ki, bu məlumatlar əsassızdır.

“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, pridensial normalara uyğundur”, - deyə, o, qeyd edib.