Qəbələ ilk yoxlama oyununda heç-heçə etdi


İdman 18 İyn 2018 16:40:00 271 0

Qəbələ ilk yoxlama oyununda heç-heçə etdi

Qəbələ mövsümlərarası fasilədə hazırlığını davam etdirir. Goal.az xəbər verir ki, Qəbələdə baş tutan hazırlığın 1-ci mərhələsini başa vuran Sənan Qurbanovun çalışdırdığı kollektiv bu gün Bakıda yoxlama oyunu keçirib. Bakı-nın təlim-məşq bazasında baş tutan qarşılaşmada “Qəbələ”nin rəqibi Birinci Divizion təmsilçisi MOİK olub. Qarşılaşma 1:1 hesabıyla bitib. Hər iki qol ikinci hissədə vurulub. MOİK-in heyətində Elmir Tağıyev hesabı açıb. Matçın sonlarına yaxın Qəbələ-nin yeni transferlərindən olan Rauf Əliyev özü qazandığı penaltini qola çevirib. "Qırmızı-qaralar"ın milli komandalara dəvət almış futbolçuları, eləcə də yeni transfer Sabien Lilay bu görüşün iştirakçısı olmayıb. Qəbələ iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.