Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili qaydaları açıqlanıb


Digərləri 18 İyn 2018 16:08:00 325 0

Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili qaydaları açıqlanıb

Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili necə aparılmalıdır?

Bakı. Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili qaydaları açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, kəsilmək üçün sallaqxanaya, kəsim məntəqəsinə gətirilən heyvanlar həmin müəssisələrinin baytar həkimləri (baytar texnikləri) tərəfindən yoxlanılır, ilk növbədə baytarlıq sənədlərinin düzgün tərtibatı, faktiki heyvanların baş sayının baytarlıq şəhadətnaməsinə uyğun olub-olmaması dəqiqləşdirilir, hər bir heyvan ayrı-ayrılıqda baxışdan keçirilərək, ya fərdi, ya da seçmə yolu ilə termometriya edilir. Bundan sonra baytar həkimi heyvanların müəyyən edilmiş qaydada qəbul edilməsini, onların bazada yerləşdirilməsi və onlara baytarlıq nəzarəti ilə əlaqədar işləri həyata keçirir. Kəsimə gətirilən heyvan qrupunda yoluxucu xəstəliklərə yoluxmuş, aqoniya halında olmuş, məcburi kəsilmiş və ya ölmüş heyvanlar olduqda, həmçinin baytarlıq şəhadətnaməsində göstərilən baş sayı ilə faktiki baş sayı arasında fərq olduqda diaqnozu yerində dəqiqləşdirmək və sənədlərdəki uyğunsuzluğun səbəblərini araşdırmaq məqsədi ilə heyvanlar 3 gün karantində saxlanılır. Kəsimə klinik sağlam olan heyvanlar buraxılır. Ağır yaralanmış, sınığı, yanığı olan heyvanların kəsilməsinə bu barədə mövcud təlimatlarda, qaydalarda nəzərdə tutulmuş hallarda icazə verilir (ət qida məhsulu kimi istifadəyə yararlı olduqda) Respublikamızda qida üçün kəsilən heyvanlar qaramal (camış da daxil olmaqla), qoyun, keçi, ceyran, maral, dovşan, dəvə və bütün növ ev quşları aid edilir. Ət üçün 14 günlükdən kiçik heyvanların kəsilməsinə icazə verilmir. Təsərrüfatlarda heyvanlar kəsimqabağı saxlandıqda və ya heyvan qısa müddət ərzində kəsimə gətirildiyi halda onlara əvvəlcədən həddindən artıq çox yemək yedizdirilibsə, həmin heyvanlar növündən asılı olaraq müəyyən müddətdə bazarda yem verilmədən saxlanılır. Belə olduqda təsərrüfatlarda qaramal ən azı 15 saat, dovşanlar 12 saat, quşlar 8-12 saat, suda üzən quşlar 4-8 saat yolda olduğu müddət də daxil olmaqla ac saxlanılmalıdır. Buzovlar kəsim məntəqəsinə təhvil verildikdən 6 saat sonra emala verilməlidir. Bu zaman onlara su verilməsinə məhdudiyyət qoyulmur, ancaq suvarma kəsimə 3 saat qalmış dayandırılmalıdır. Heyvanlar kəsimə gətirildikdə onlarda yorğunluq əlamətləri aşkar edilərsə, kəsilməsi qadağan edilir. Belə heyvanlar normal yemləmə və suvarma şəraitində 48 saat müddətində istirahət edir və bundan sonra yuxarıda göstərilən qaydalara uyğun kəsilir. Kəsim günü heyvanlar baytar həkimi tərəfindən baytarlıq baxışından keçirilir və heyvanların ümumi vəziyyətindən asılı olaraq hamısı və ya yaxud seçmə yolu ilə bir hissəsi termometriya edilir. Kəsimə sağlam heyvanlar gedir. Kəsimdən sonra ət və digər kəsim məhsulları baytar həkimi tərəfindən mütləq baytarlıq ekspertizasından keçirilir. Heyvanın cəmdəyi və digər orqanları baytarlıq ekspertizasından keçirilmək məqsədilə ət emalı müəssisələrində baytarlıq baxışı üçün xüsusi hazırlanmış masanın üstündə qarmaqlardan asılır. Heyvanların cəmdək və orqanlarının baytarlıq baxışından keçirilən yer iş üçün əlverişli və işıqlı olmaqla bərabər, xəstəlik halı müşahidə edildikdə onun qeyd edilməsi məqsədi ilə xüsusi qurğusu, sterilizatoru (bıçaq, qarmaq və başqa alətlər zərərsizləşdirmək üçün), isti və soyuq su ilə təmin olunmuş əı-üz yuyanı, sabunu, əli dezinfeksiya etmək üçün xüsusi qabda dezinfeksiya məhlulu və əı dəsmalı olmalıdır.