“Azərişıq” regionlarda güclü küləyin nəticələrini aradan qaldırır


İqtisadiyyat 18 İyn 2018 15:37:11 304 0

“Azərişıq” regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

Axşam saatlarına qədər bütün kəndlər enerji ilə təmin olunacaq.

Güclü külək və leysan yağışları Ağsu və İsmayıllı rayonlarında elektrik verilişi xətlərini sıradan çıxarıb, bəzi ərazilərdə ildırım yarimstansiya ve transformatorlara zede yetirib.

Bu barədə “Report”a “Azərişıq” ASC-dən bildirilib.

Məlumata görə, bu gün səhər saatlarından qurumun əməkdaşları əksər yerlərdə elektrik enerjisi təchizatını bərpa edib. Axşam saatlarına qədər bütün kəndlər enerji ilə təmin olunacaq.