"Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyriobyektiv mövqeyi ilə seçilib"


Siyasət 18 İyn 2018 15:36:20 297 0

"Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyriobyektiv mövqeyi ilə seçilib"

Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland daim ermənipərəst mövqeyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistan XİN-in mətbuat katibinin sayəsində Avropa Şurası kuluarlarında T.Yaqland barədə hər kəsə bəlli olan bütün ictimaiyyətə məlum oldu:

"Artıq iş o həddə çatıb ki, deyəsən, Avropa Şurasının baş katibi Ermənistan XİN-ə onun dilindən danışmağa vəkalət verib. Nəhayət, bütün maskalar yırtıldı".

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-da üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.