Real braziliyalı qapıçıya maraq göstərir


İdman 18 İyn 2018 15:36:00 312 0

Real braziliyalı qapıçıya maraq göstərir

Roma və Braziliya millisinin qapıçısı Alisson Beker karyerasını İspaniyada davam etdirə bilər. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, onun xidmətlərində Real maraqlıdır.  Madrid klubu Alissonun qarşılığında qarşı tərəfə 50 milyon avro təklif edib. Amma Roma 70 milyon avro tələb edir. Klublar 60 milyon avro ilə ortaq məxrəcə gələ bilər. Hazırda "pentakampeonlar"la mundialda iştirak edən qolkiper Liverpool-un da maraq dairəsində idi.