Hərbi paradda iştirak edən şəxsi heyətin “Azadlıq” meydanında məşqləri başlayıb


Digərləri 18 İyn 2018 14:55:00 304 0

Hərbi paradda iştirak edən şəxsi heyətin “Azadlıq” meydanında məşqləri başlayıb

İyunun 26-da Bakı şəhərində keçiriləcək hərbi paradda iştirak edən şəxsi heyətin paytaxtın "Azadlıq" meydanında məşqləri başlayıb.

Son.az xəbər verir ki, "AzeriDefence"nin bildirdiyinə görə, bu gün səhər saatlarında şəxsi heyət "Azadlıq" meydanına gətirilib. Hazırlıq məşqlərində müdafiə naziri, general-polkovnik Zakir Həssənov və Silahlı Qüvvələrin rəhbərliyi iştirak edib. Bununla əlaqədar bir neçə saat ərzində "Neftçilər" prospektindən "Azadlıq" meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb. Hava şəraitinin küləkli olması səbəbindən hərbi aviasiyanın səhər saatlarına planlaşdırılan uçuşları təxirə salınıb.

Paradda Silahlı Qüvvələrin şəxsi heyətini Baş Qərargah rəisinin müavini, general-mayor Ayaz Həsənov keçirəcək. Quru Qoşunlarının ordu birliklərinin şəxsi heyəti isə general-mayor Hikmət Həsənovun, Xüsusi Təyinatlı Qüvvələr isə bu qoşunların komandanı general-mayor Hikmət Mirzəyevin rəhbərliyi altında keçid edəcək.