Paşinyan hökuməti: manyakdan, kokain ticarətçisindən tutmuş DJə qədər FOTO


Dünya 18 İyn 2018 14:19:00 310 0

Paşinyan hökuməti: manyakdan, kokain ticarətçisindən tutmuş DJə qədər  FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənəkənar parlament seçkilərinin keçirilməsini sürətləndirmək üçün seçki qanunvericiliyinin qəbulundan sonra istefa verməyə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənəkənar parlament seçkilərinin keçirilməsini sürətləndirmək üçün seçki qanunvericiliyinin qəbulundan sonra istefa verməyə hazırlaşır.

Beləliklə, Paşinyan bu ilin sentyabr ayına təyin edilən növbədənkənar parlament seçkiləri vasitəsilə hökumətin sabiq başçısı Serj Sarqsyana sadiq olan deputatları tam neytrallaşdırmaq istəyir. Bu hadisələrin nələrə səbəb olacağı, Paşinyanın onun hökumətini dəstəkləyəcək parlament qura bilib-bilməyəcəyi açıq qalan məsələlərdir.

Bu gün Ermənistan cəmiyyətini daha çox hökumətdə və digər yüksək vəzifələrdə edilən son təyinatlar maraqlandırır, daha çox isə narahat edir.

Məsələn, N.Paşinyanın Smbat Qoqyanı Ermənistan Ali Attestasiya Komissiyasının rəhbəri vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə və mətbuatda fırtınaya səbəb olub. Onun kimliyi ermənilərdə, yumşaq desək, narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri yeni təyin olunmuş məmuru faşist, manyak və özünü idarə edə bilməyən insan kimi xarakterizə ediblər. Yeri gəlmişkən, onun yaknız bir şəkli hər şeydən xəbər verir.

Ermənistan baş naziri müavininin müşaviri vəzifəsinə ölkənin Odessadakı keçmiş konsulu, Ermənistanda və ondan kənarda daha çox "Jorik" kimi tanınan cinayətkar Georgi Muradyanın təyin olunması isə Ermənistanda peşəkar qıtlığının və ya baş nazirin peşəkarı səriştəsiz şəxsdən ayıra bilməmisinin bariz nümunəsidir.

G.Muradyanın adı vaxtaşırı KİV-də polisin həftəlik hesabatlarında çıxıb: o, narkotik alveri ilə məşğul olub və böyük miqdarda kokain qaçaqmalçılığına görə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra Ermənistan parlamentinin sədri, sonradan ölkənin baş naziri olan Ovik Abramyan onu "qanadları" altına alıb. G.Muradyan bir müddət onun baş müşaviri vəzifəsində çalışıb, 2012-ci ildə isə Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Odessadakı baş konsulu vəzifəsinə təyin olunub.

Georgi Muradyan

Oxucuların diqqətini cəlb etməyin zəruri olduğu başqa bir şəxs Ermənistanın yeni mədəniyyət naziri Lilit Makuntsdur.

Belə ki, daha əvvəl "Lenta.Ru" yeni nazirin "Facebook" səhifəsində "Mədəniyyət mənəm, o, hər birimizdə olduğu kimi, həm də məndədir" yazmasının sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olduğunu, nəticədə nazirin postunu sildiyini yazıb.

Sonradan L.Makunts hərəkətinə bəraət qazandırmaq üçün yazdıqları ilə maraqlananlara onun, mədəniyyətin harada olduğunu, onların harada görüşdüklərini izah etmək istədiyini bildirib.


Xəbərə aid fotolar