Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçib - YENİLƏNİB


Dünya 18 İyn 2018 13:53:00 230 0

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçib - YENİLƏNİB

Üç nəfər, o cümlədən 9 yaşlı qız uşağı ölü sayılır

Yaponiyanın Hönsü adasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Zəlzələ ilə əlaqədar Yaponiya baş naziri Sindzo Abenin ofisində böhran qərargahı fəaliyyət göstərir.

*** 17 iyun, 10:58

Bu gün Yaponiyanın Honsyü adasının mərkəzində yerləşən Qumma prefekturası ərazisində 7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin meteoroloji idarəsi məlumat yayıb.

Zəlzələnin ocağı yerin 20 km dərinliyində yerləşib. Sunami təhlükəsi yoxdur.

NHK telekanalının məlumatına görə, dağıntı və tələfat barədə məlumat yoxdur.