Kolarova avtomobil hədiyyə olunub


İdman 18 İyn 2018 13:50:00 266 0

Kolarova avtomobil hədiyyə olunub

Dünya çempionatının qrup mərhələsində Kosta-Rika ilə oyunda vurduğu yeganə qolla Serbiya millisinə qələbə qazandıran Aleksandar Kolarova xüsusi hədiyyə alıb. Goal.az xəbər verir ki, Samara əyalətinin rəhbəri Dmitri Azarov təcrübəli müdafiəçiyə “Lada” avtomobili hədiyyə edib.

“Mən Kolarova “4х4” modelinin sertifikatını təqdim etdim. Bu, onun çox xoşuna gəldi. Düşünürəm ki, bu avtomobil sayəsində Kolarov daim bizim arenanı, vurduğu qolu xatırlayacaq” - Azarov qeyd edib.