Maradona Sampaoli üçün: "Belə davam etsə, Argentinaya qayıda bilməyəcək"


İdman 18 İyn 2018 13:32:00 340 0

Maradona Sampaoli üçün: "Belə davam etsə, Argentinaya qayıda bilməyəcək"

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona millinin DÇ-2018-də İslandiya ilə görüşdəki xal itkisinə (1:1) görə baş məşqçi Xorxe Sampaolini ittiham edib. Goal.az xəbər verir ki, Maradona həmyerlisini düzgün oyun taktikası seçməməkdə günahlandırıb. 

“Əgər Sampaoli belə davam etsə, Argentinaya qayıda bilməyəcək. Onun oyun üçün planı yox idi. Bu, dəhşətdir. Bilə-bilə ki, İslandiya futbolçularının boyunun hündürlüyü 190 sm.dir, künc zərbələri zamanı havadan oynayırdıq. Bu zaman bir dəfə də olsun yerlə ötürmə etmədik. Bu oyun planı yox, biabırçılıqdır”.