“Atasının ölümünə səbəb qızıdır”


Şou-biznes 18 İyn 2018 13:20:00 302 0

“Atasının ölümünə səbəb qızıdır”

ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonağı müğənni Aytac Vidadiqızı olub.

Son.az bildirir ki, proqramda sənətçinin ögey anası şok iddialar səsləndirib: "Bunlar həmişə mənim evimdə olan insanlar idi. Vidadi Bərdəli ölüb, o demək deyil ki, qardaşınızı danasınız. Eyni soyadı daşıyırsız. Aytac, sən bizim evə də gəlmisən, biz yası eyni evdə vermişik. Vidadi Aytacla danışmayıb, onun oxumasına qarşı olub. Deyib ki, bir oxuyan var. Qızımın müğənni olmasını istəməyib. Aytac amma mənim əziyyətimi yerə vurub. Mənim oğlumun Aytacla danışmamasına səbəb Aytac haqqında olan söz-söhbətlərdi, Aytacın hərəkətləridi. Bir dəfə evdən qaçmaq söhbəti oldu. Oğlum yığanda başqa oğlan götürdü. Oğlum da əsəbiləşdi buna. Vüqar ilk dəfə Bakıya gələndə mən saxlamışam. Vidadi 5 il onların anası ilə danışmayıb. Mənim molla kəbinim də var. Atanın adı ilə şöhrətlənirsən, amma oğlunu saymırsan. Vidadinin ölməyinə səbəb sən Aytac olmusan". Qardaşları ilə birgə efirə gələn Aytac ögey anası tərəfindən səsləndirilən fikirlərdən təngə gəldiyini bildirərək bu məsələyə son qoymaq istədiyini bildirib: "Xanım çox emosianal danışır. Baxan deyər ki, yazıqdır. Amma  o, bizim ailəmizə zülmlər verib. Sən deyildin bizim balkona daşlar atan? Atamı anamdan ayırmaq istəyirdin. Tuncay zəng edəndə telefonu yoldaşım götürüb. Tuncay həbsdən çıxandan sonra. Yoldaşım danışdı. Mənim haqqımda nə şayiə ola bilər ki? Ürəyin nə qədər istəyir danış".