Qaxda güclü külək və yağış fəsadlar törətdi FOTO


Digərləri 18 İyn 2018 13:13:00 306 0

Qaxda güclü külək və yağış fəsadlar törətdi  FOTO

Qax rayonunda ötən gün axşam saatlarında əsən güclü və onunla müşaiyət olunan yağış fəsadlar törədib

Qax rayonunda ötən gün axşam saatlarında əsən güclü və onunla müşayiət olunan yağış fəsadlar törədib.

Son.az report-a istinadən xəbər verir ki, rayonun Qıpçaq kəndində bir neçə tikilinin dam örtüyü uçub, iri gövdəli ağaclar avtomobil yollarına aşıb.

Bundan başqa, taxıl sahələrinə də ziyan dəyib.

Qax Rayon İcra Hakimiyyətinin Qıpçaq kəndi üzrə icra nümayəndəsi Şahin Xurşudov "Report"a bildirib ki, ərazidən nümayəndəliyə 5 müraciət daxil olub və tədbirlər görülüb: "Gecə saatlarından etibarən yollara aşmış ağaclar kəsilərək ərazi təmizlənib. Külək nəticəsində kəndin elektrik enerjisi ilə təchizatına da ziyan dəyib, işıq sönüb. Hazırda qəza baş verən yerlərdə bərpa işləri görülür".


Xəbərə aid fotolar