Gürcüstanda "Lotu Quli"nin adamları saxlanılıb


Kriminal 18 İyn 2018 13:05:00 345 0

Gürcüstanda "Lotu Quli"nin adamları saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) “oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi  (DİN) "oğru dünyası"na daxil olan 6 şəxsi saxlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların "oğru dünyası" ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.