Çiyələk yeyərkən nələrə diqqət yetirmək lazımdır?


Digərləri 18 İyn 2018 13:08:00 270 0

Çiyələk yeyərkən nələrə diqqət yetirmək lazımdır?

Çiyələyin faydaları ilə yanaşı düzgün istifaə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur.

Bakı. Çiyələk həm uşaqlar, həm də böyüklər tərəfindən sevilərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, çiyələyin faydaları ilə yanaşı düzgün istifaə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur.