Shakhtar daha bir braziliyalı transfer edib


İdman 18 İyn 2018 12:51:00 274 0

Shakhtar daha bir braziliyalı transfer edib

Fredi Manchester United-ə satan Shakhtar onun əvəzinə digər braziliyalı transfer edib. Goal.az xəbər verir ki, söhbət 20 yaşlı yarımmüdafiəçi Maykon de Andradedən gedir. Onunla 5 illik müqavilə imzalanıb. Donetsk klubu bu transferə görə Corinthians-a 6 milyon avro ödəyəcək.

Maykon 2017-ci ildə Braziliya çempionu olub. O, 36 oyuna 1 qol, 3 məhsuldar ötürmənin müəllifidir.