Aprel müharibəsində əsgərlərin ərzağını heyvanlarına yedizdirən generalın oğlu da istefa verdi


Dünya 18 İyn 2018 12:36:00 323 0

Aprel müharibəsində əsgərlərin ərzağını heyvanlarına yedizdirən generalın oğlu da istefa verdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saxladığı deputat, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryan mer vəzifəsindən istefa verib.

Son.az bildirir ki, modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, Vaqarşapat şəhər meri Karen Qriqoryan özü Facebook sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb: "Mən - Karen Qriqoryan, öz xahişimlə istefa verirəm".

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanı ötən gün saxlayıb. 

Bu hadisə ilə əlaqədar iki cinayət işi çərçivəsində eyni zamanda axtarışlar aparılıb, nəticədə xeyli sayda qanunsuz saxlanılan silah-sursat tapılıb.

"Erkrapa" kümüllü veteranlar ittifaqının sədri, general-deputat Manvel Qriqoryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq, qanunsuz silah-sursat əldə edib və saxlayıb. Axtarış işləri çərçivəsində, generala məxsus bağ evində, digər yerlərdə xeyli sayda silah-sursat tapılıb. Manvel Qriqoryan Konstitusiyanın 96-cü maddəsinə uyğun olaraq, ölkə prezidentinə deputatın saxlanıldığı barədə  dərhal məlumat verilib.

Son günlər onun oğlunun mer vəzifəsindən getməsi tələb olunsa da, ata-bala buna dirəniş göstərirdi.

General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryana məxsus mülkdə və istirahət zonasında aparılmış axtarışın nəticələrini də təqdim edib. 

Axtarış bu iş üzrə başlanmış Cinayət Məcəlləsinin 235-ci maddəsi (qanunsuz silah dövriyyəsi)  çərçivəsində aparılıb.