"Almaniya üzərindəki qələbəni meksikalı azarkeşlərə həsr edirik"


İdman 18 İyn 2018 11:07:00 276 0

"Almaniya üzərindəki qələbəni meksikalı azarkeşlərə həsr edirik"

Meksika DÇ -2018-in qrup mərhələsində turnirin son qalibi Almaniyanı minimal hesabla məğlub etməyi bacarıb. Goal.az xəbər verir ki, matçdan sonrakı açıqlamasında Şimali Amerika təmsilçisinin baş məşqçisi Xuan Karlos Osorio maraqlı açıqlamalarla yadda qalıb.

"Almanları məğlub etmək üçün 6 ay öncə bir plan qurmuşduq. İki sürətli cinah oyunçusu ilə mübarizə apardıq ki, onlardan biri qol vurdu. Biz rəqibə əks-hücumlarda çox sayda çətin anlar yaşatdıq. İlk yarıda oyunu diqtə edirdik. Bilirdik ki, rəqib hücuma qayıtmaq istəyəcək. Az qala ikinci qolu da vuracaqdıq. Çox məmnunam. Gənc oyunçularımız Meksika futbolunun gələcəyidri. Bu qələbəni bürün meksikalı azarkeşlərə həsr edirik. Onlar buna layiqdir. Biz cəsarətlə və ürəklə irəli getdik. Müdafiədə eyni cür mübarizə apardıq”.