"Kişi özünə baxmırsa, onunla ailə qurmaram”


Şou-biznes 18 İyn 2018 10:57:16 337 0

"Kişi özünə baxmırsa, onunla ailə qurmaram”

Gənc aktrisa Rada Nəsibova subaylığın daşını atacaq

Gənc aktrisa Rada Nəsibova subaylığın daşını atacaq.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa şəxsi həyatından danışıb:

"Bəzən başın sənətə, problemlərə o qədər qarışır ki, bir də baxıb görürsən şəxsi həyatını unutmusan. Artıq özümə şans verdim, ailə qurmağı planlaşdırıram. Sevgiyə inanmadığım üçün münasibətlərdə güvənə, qarşılıqlı hörmətə üstünlük verəcəm. Hər halda, gözümü yumub ərə getməyi düşünmürəm. Əsas odur ərə gedəcəyim oğlan imanlı olsun. O halda ona etibar etmək olar. Bir də çox vas-vasıyam, özünə baxan kişiləri xoşlayıram. Əgər kişi özünə baxmırsa, onunla ailə qurmaram".