Qarabağ daha bir legioneri ilə müqavilə yenilədi


İdman 18 İyn 2018 10:48:00 302 0

Qarabağ daha bir legioneri ilə müqavilə yenilədi

Qarabağ daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb. Goal.az xəbər verir ki, müqaviləsi başa çatan Dani Kintana ilə yeni anlaşma imzalanıb. İspaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin iyununadək razılıq əldə olunub. Kintana artıq komanda ilə məşqlərdə iştirak edir. O, Qarabağ-a 2015-ci ilin martında transfer olunub. Daha əvvəl Ansi Aqolli ilə müqavilə 2019-cu ilin iyununadək uzadılmışdı.