Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı var?


Dünya 18 İyn 2018 10:17:14 264 0

Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı var?

Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır

Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Son.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.