Yaponiyada zəlzələ nəticəsində 3 nəfər ölüb


Dünya 18 İyn 2018 08:59:00 313 0

Yaponiyada zəlzələ nəticəsində 3 nəfər ölüb

Yaponiyanın Osaka prefekturasında baş verən zəlzələ nəticəsində 3 nəfərin ölümü təsdiqlənib.

Trend-in "Kyodo"ya istinadən verdiyi məlumata görə, ölənlər arasında Takatsuki şəhərində aşan divarın altında qalıb həlak olan 9 yaşlı qızında olduğu bildirilir.

"NHK" telekanalının məlumatına əsasən isə, zəlzələ nəticəsində 2 nəfər həlak olub, 37 nəfər yaralanıb.