Azərbaycanda yol qəzası nəticəsində sürücü ölüb,


Digərləri 18 İyn 2018 08:19:00 200 0

Azərbaycanda yol qəzası nəticəsində sürücü ölüb,

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

Son.az APA-ya istinadən bildirir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş" markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir aralığa çırpılıb. Nəticədə sürücü Lerik sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.