FHN mənzilinə qalxa bilməyən artıq çəkili şəxsə yardım edib


Digərləri 18 İyn 2018 00:45:00 320 0

FHN mənzilinə qalxa bilməyən artıq çəkili şəxsə yardım edib

FHN problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib. Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar.

Əməliyyat başa çatıb.