Restoranlara toy etmək üçün müraciətlər çoxalıb VİDEO


Digərləri 17 İyn 2018 22:20:00 302 0

Restoranlara toy etmək üçün müraciətlər çoxalıb  VİDEO

Ramazan ayının bitməsi ilə toy mövsümü canlanıb.

Son.az bildirir ki, restoranlara toy etmək üçün müraciət edənlərin sayı çoxalıb.

Paytaxtda fəaliyyət göstərən şadlıq saraylarının menecerləri deyir ki, Ramazan ayı boyunca sifarişlər qəbul ediblər. Hətta Bayram günündən toylar başlayıb və bu ay boyunca hər gün saraylarda toylar var. Boş gün tapmaq isə çətindir.

Şadlıq sarayı işlədənlər deyir ki, qiymətlərdə heç bir dəyişiklik edilməyib. Minimum menyu 30 manatdan başlayır.