Bacısı qızını xilas etmək istədi, öldü FOTO


Digərləri 17 İyn 2018 21:44:00 291 0

Bacısı qızını xilas etmək istədi, öldü  FOTO

Ailəsi ilə birgə Astaraya istirahətə gedən Lənkəran sakini su anbarında boğulub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kijəbə qəsəbəsində Lovayın su anbarında baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Fuad Şahmirzə oğlu Rəhimov Bakıdan Lənkərana Ramazan bayramı ilə əlaqədar gəlib. O, ailəsi ilə birgə dincəlmək üçün isə Astaraya gedib. Məlumata görə, F. Rəhimovun bacısı qızı ehtiyatsızlıqdan su anbarına yıxılıb. Hadisə uşağı sudan çıxarmaq istəyərkən baş verib.

Onun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar