Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət alıb FOTO


Digərləri 17 İyn 2018 19:34:00 320 0

Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət alıb  FOTO

Hadisəyə onun obyekt sahibi tərəfindən normadan artıq işlədilməsi səbəb olub

Sumqayıt şəhərində 51 yaşlı usta işlədiyi özəl obyektin damından yıxılaraq ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 18-ci məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Hacıyev Ramiz Məmmədağa oğlu 18-ci məhəllə ərazisində özəl obyektdə usta işlədiyi zaman hündürlükdən yıxılıb. Hadisəyə səbəb kimi, xəsarət alan şəxsin obyekt sahibi tərəfindən normadan artıq işlətməsi və heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi göstərilir.

Ramiz Hacıyev hadisədən sonra "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


Xəbərə aid foto