Qarabağ tunisli futbolçuya təklif göndərib


İdman 17 İyn 2018 19:28:00 311 0

Qarabağ tunisli futbolçuya təklif göndərib

Qarabağ" klubu hazırda Rusiyada keçirilən DÇ-2018-də çıxış edən Tunis milli komandasının futbolçusu Kərim Laribiyə transfer təklifi göndərib. Goal.az xəbər verir ki, hazırda 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə danışıqlar aparılır.

Laribi ötən iki mövsümü İtaliya B Seriyasında çıxış edən "Çezena" klubunda keçirib. O, üst-üstə 61 oyunda 8 qol vurub. Futbolçu 2017-ci ildən dəvət aldığı Tunis yığmasının heyətində 2 oyuna çıxıb.

Ötən mövsüm "Çezena" B Seriyasında 13-cü yeri tutub.