Yük maşınından yıxılan 19 yaşlı gənc ölüb


Digərləri 17 İyn 2018 18:17:00 316 0

Yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

Astarada yük maşınından yıxılaraq ağır xəsarət alan 19 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə iyunun 11-də baş verib.

Siyaku kənd sakini 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov kənddə arı pətəkləri aran bölgəsinə aparılarkən ehtiyatsızlıqdan yük maşınından yıxılaraq açıq kəllə-beyin travması alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Şabanov bu gün dünyasını dəyişib.