Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb


Dünya 17 İyn 2018 18:08:00 255 0

Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 08.00-da 36,2 milyon seçicinin səs verməsi üçün 11 min seçki məntəqəsi açılıb.

Mayın 27-də keçirilən prezident seçkilərinin birinci turunda 31,14 faiz səs toplayan İvan Duke və 25,08 səs toplayan Qustavo Petro ikinci turda mübarizə aparır.  Hələ 10 gün əvvəl aparılan sosioloji sorğulara əsasən, Demokratik Mərkəz Partiyasının namizədi İ. Dukeni  seçicilərin 45,5 faizi, "İnsan Kolumbiyası" Koalisiyası və Hindu və Sosial Alternativ Hərəkatının namizədi Q. Petronu isə seçicilərin 40 faizi dəstəkləyir. Aralarındakı fərqin az olması səbəbindən hər iki namizədin şansı yüksək qiymətləndirilir.