FİFA Poqbanın aktivindən qolu sildi


İdman 17 İyn 2018 17:18:00 270 0

FİFA Poqbanın aktivindən qolu sildi

DÇ-2018-in Fransa – Avstraliya oyununda vurulan son qolun müəllifi dəqiqləşib. Goal.az xəbər verir ki, Avropa təmsilçisinə 2:1 hesablı qələbə qazandıran qol avstraliyalıların müdafiəçisi Aziz Behiçin passivinə yazılıb. O, avtoqol müəllifi kimi tarixə düşüb. FİFA-nın bu dəqiqləşdirməsinə qədər qol müəllifi ilə bağlı qeyri-müəyyənlik hökm sürürdü.