Şabranda mərkəzi rayon xəstəxanasının ərazisində yanğın olub


Digərləri 17 İyn 2018 17:09:00 283 0

Şabranda mərkəzi rayon xəstəxanasının ərazisində yanğın olub

Şabran rayonunda mərkəzi rayon xəstəxanasının ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, xəstəxananın ərazisində "Mercedes" markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.