ABŞ-da sərgidə atışma nəticəsində 20 nəfər yaralanıb


Dünya 17 İyn 2018 16:27:18 291 0

ABŞ-da sərgidə atışma nəticəsində 20 nəfər yaralanıb

Dörd yaralının vəziyyəti kritikdir

Birləşmiş Ştatların Trenton şəhərində yerləşən "Art All Night" sərgisində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 20 nəfər yaralanıb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, atəş açan şəxs öldürülüb.

Yaralılardan 4-nün vəziyyəti kritikdir.

Hadisə gecə saat 3 radələrində baş verib.